• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: Əhalinin kredit üzrə biliyini artırmaq lazımdır

Millət vəkili: Əhalinin kredit üzrə biliyini artırmaq lazımdır
29.05.2020 00:44
Azərbaycanda əhalinin kredit müqavilələri sahəsində biliyini artırmaq lazımdır.
 
Bu barədə Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisi kredit müqavilələrinin bağlanması məsələsinə ciddi yanaşmır: "Hazırda kreditlərlə bağlı əsas problem ondan ibarətdir ki, əhali müqavilənin bütün bəndlərinə, xüsusilə də kreditin qaytarılması ilə bağlı valyutanın qeyd olunduğu bəndə diqqət yetirmir. Bu da kimin haqlı, kimin haqsız olması ilə bağlı əlavə mübahisələrin yaranmasına səbəb olur. Bundan başqa, əhali çox vaxt düşünmür ki, kredit borclarını qaytarmaq lazımdır, özü də faizlə. Təbii ki, əhali ehtiyacı olduğu üçün kredit götürür, ancaq gəlirləri də nəzərə almaq lazımdır”.

R.Quliyev qeyd edib ki, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi və yaxşılaşması ilə yanaşı, onun tələbləri də artır, amma Azərbaycanda bu gün bu tələblər əhalinin imkanlarını iki dəfə üstələyir.

Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, Azərbaycan Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərarında banklara maliyyə imkanları daxilində borcalanlara yardım etmələrini məsləhət görüb: "Bunun özü də hüquqlarını bilən borcalan üçün müsbət haldır. Bu gün hər bir bank özünün balans hesabatını dərc edir. Ağıllı borcalan bankın maliyyə hesabatını öyrənib Konstitusiya Məhkəməsinin qərarının "bankların maliyyə imkanları daxilində” bəndinə istinad edərək bankın ona yardım etmək iqtidarında olduğunu sübuta yetirə bilər. Bəzi bankların kreditlərin ödəniş müddətini artırmaq və faiz dərəcəsini aşağı salmaqla artıq əhaliyə güzəştə getdiyini bilirəm”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol