• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətli kağızlar bazarında əməliyyatlar tam avtomatlaşdırılacaq

Qiymətli kağızlar bazarında əməliyyatlar tam avtomatlaşdırılacaq
29.05.2020 05:08
"2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının 2015-2017-ci illəri əhatə edəcək ikinci mərhələsi çərçivəsində qiymətli kağızlar bazarında əməliyyatların tam avtomatlaşdırılması və konsolidə edilməsi, yeni alət və xidmətlərin təqdim olunması üçün zəruri bazanın formalaşdırılması və tənzimləyici mexanizmlərin gücləndirilməsi  nəzərdə tutulur.
 
Sözügedən istiqamətlər üzrə qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması, bu sistemlərin əlaqələndirilməsi  və birbaşa emal prinsipi əsasında inteqrasiya olunmuş elektron ticarət platformasının yaradılması, xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və müvafiq ticarət sisteminin tətbiq edilməsi, qiymətli kağızlar bazarında elektron nəzarət-hesabatlıq sisteminin yaradılması, eləcə də qiymətli kağızlar bazarında məlumatların dəqiq, dolğun və vaxtında açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması planlaşdırılır.
 
Artıq qiymətli kağızlar bazarında ticarət və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində təkliflərin formalaşdırılması və əlaqələndirilməsi məqsədilə daimi əsasda fəaliyyət göstərən qiymətli kağızlar bazarının ticarət və əməliyyat komitəsi yaradılmışdır.
 
 
Üçüncü mərhələdə yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə qiymətli kağızlar bazarının dərinliyinin artırılması, eyni zamanda sistem risklərinin səmərəli idarə edilməsi mexanizmlərinin yaradılması nəzərdə tutulur. 2018–2020-ci illəri əhatə edəcək bu mərhələnin tamamlanması ilə Azərbaycan kapital bazarları beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya hazır olacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən qeyd edilib ki, proqramın 2011-2014-cü illəri əhatə edən ilk 4 ili ərzində qarşıda duran strateji hədəflərə nail olunmuş, effektiv nəticələr əldə edilib.
 
Belə ki, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə buraxılış, qeydiyyat və uçot mexanizmləri sadələşdirilmiş və avtomatlaşdırılmış, ikipilləli, üzvlük prinsipli  vahid Mərkəzi Depozitar Sistemi yaradılıb.
 
Qiymətli kağızlar bazarında pul vəsaitlərinin öncədən bloklaşdırılması təcrübəsinin məhdudlaşdırılması məqsədilə yeni hesablaşma siyasətinin tətbiqinə start verilmişdir.
 
 
Ticarət və post-ticarət sistemlərinin avtomatlaşdırılması, inteqrasiya edilərək optimallaşdırılması istiqamətində fasiləsiz ticarət rejiminə keçid, krossinq ticarət rejiminin tətbiqi, mərkəzləşdirilmiş klirinq və hesablaşma institutunun formalaşdırılması, həmçinin bazar iştirakçılarının həm birja, həm də depozitar sisteminə məsafədən çıxışı, yeni inteqrasiya olunmuş ticarət, post-ticarət və nəzarət sistemlərinin satınalınması təmin olunmuş, eləcə də marja ticarəti üzrə yeni birja platforması istifadəyə verilib, marketmeyker institutları fəaliyyətə başlamış və yeni listinq qaydaları tətbiq edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol