Bakıdakı yarmarkalar bağlanıb

Bakıda şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını qarşılmaq məqsədilə hər həftə sonu paytaxtın müxtəlif rayonlarında təşkil olunan yarmarkalar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
O, deyib ki, yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı şəhəri İcra Hakimiyyəti ilə danışıqlar aparılır.
Qeyd edək ki, Bakıda mayın 8-dən Xətai, Nəsimi, Yasamal, Nərimanov, Gənclik, Səbail və Binəqədi rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























