Bakı-Moskva aviareysi təxirə salındı

Bu gün saat 11:10-da Bakıdan Moskvaya uçmalı olan təyyarənin sərnişinləri saat 13:40-da başqa təyyarə ilə yola salınıb.
Bu barədə "Report"a Heydər Əliyev Hava Limanının dispetçer xidmətindən məlumat verilib.
Məlumata görə, AZAL-ın Bakı-Moskva aviareysini yerinə yetirən "Boing-757” təyyarəsi havaya qalxdıqdan sonra yaranmış texniki nasazlıq səbəbindən təcili olaraq yenidən Bakı aeroportuna eniş edib. Nasazlıq hidrosistemlərin birində təzyiqin düşməsi ilə bağlı olub.
Heydər Əliyev Hava Limanının dispetçer xidmətindən saat 12:15-də Moskva-Bakı reysi ilə uçmalı olan təyyarənin 20 dəqiqə gecikmə ilə uçduğu və vaxtında Bakıya çatacağı, 16:15-də realaşmalı olan Bakı-Moskva reysinin isə 5 dəqiqə təxirə salındığı bildirilib: "Növbəti, 16:15-ə planlaşdırılan "Aeroflot"un SU-1854 reysi ilə hərəkət edən "Airbus-320-200" təyyarəsinin uçuşu ləngiyəcək. Təzə qrafikə görə, bu təyyarə Bakıdan Moskvaya 16:20-də uçacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























