• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda biznes reklamları bərpa edildi

Metroda biznes reklamları bərpa edildi
25.05.2015 11:52
Bakı Metropolitenində reklam lövhələrinin quraşdırılması bərpa edilir və artıq bununla bağlı işlərə başlanılıb.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisi Paşayev bildirib ki, artıq metropolitenin stansiyalarında sosial reklamlarla yanaşı, biznes reklamları da olacaq: "Bu məqsədlə yeni reklam lövhələri quraşdırılır. Bunun üçün konkret yerlər müəyyən edilib. Lövhələr hər stansiyada platforma və yol divarında, keçiddə, eskalatorun yanındakı divarlarda quraşdırılır”.

Onun sözlərinə görə, Bakı Metropolitenində reklam yerləşdirilməsində heç bir vasitəçi olmayacaq: "Reklam onu verən qurumla birbaşa Metropoliten arasında imzalanmış müqavilə əsasında həyata keçiriləcək. Bizdə bu işlə məşğul olan ayrıca struktur var. Onlar reklamverən şirkətlərlə birbaşa müqavilə bağlayacaqlar. Reklamlar fərqli ölçülərdə, fərqli formalarda olacaq. Reklamın qiyməti isə onun yerləşdiyi yerdən asılıdır. Bu yerlərin hər birinin öz qiyməti var. Yerləşmə mövqeyinə, sərnişin sıxlığı çox olan stansiyaya və ölçülərə görə qiymətlər də dəyişir”.

Xatırladaq ki, ötən il Metropoliten rəhbərliyinin qərarı ilə Bakı Metropoliteni ərazisində biznes reklamları tamamilə yığışdırılmışdı.

N.Paşayev onların yenidən bərpa edilməsinin zəruriliyini belə izah edib: "Biz metroda reklamları ləğv edərkən bildirmişdik ki, əvvəlllər həmin reklamlara lazımi xidmət göstərilmirdi, onların yerləşdirilməsində pərakəndəlik var idi və lövhələr insanları narahat edən yerlərdə və formada quraşdırlmışdı. İndi isə bu proses yeni və fərqli formada həyata keçirilir. İndi yerləşdirilən reklamlar daha müasirdir, led işıqlıdır. Hətta gələcəkdə müasir texnologiyalara əsaslanan elektron avadanlıqlardan da istifadə edilməsini planlaşdırırıq”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol