• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələr biznes üçün təhlükə törədir

Sosial şəbəkələr biznes üçün təhlükə törədir
10.06.2015 14:45

"Eset” beynəlxalq antivirus şirkəti sosial şəbəkələrin şirkətlər üçün nə dərəcədə təhlükəli olub-olmadığını müəyyənləşdirmək məqsədilə sorğu keçirib. İnformasiya texnologiyaları sahəsində çalışan ekspertlərin 80 faizinin qənaətincə,  cinayətkarlar sosial şəbəkələr vasitəsilə korporativ məlumatları ələ keçirə bilərlər.
 
İT mütəxəssislərin 36 faizi bildirib ki, onların çalışdığı şirkətlərin şəbəkələrinə işdə sosial mediadan istifadə edən əməkdaşların hesabları vasitəsilə müdaxilə edilə bilər, çünki bəzən sosial şəbəkələrdə işin təhlükəsizlik məsələləri korporativ mühitdə qulaqardına vurulur. 
 
Şirkətlərin 12 faizi artıq "Facebook” və digər oxşar servislər ilə zərərli proqram təminatına yoluxma halları ilə qarşılaşıb. İT sahəsində rəyi soruşulan peşəkarların 56 faizi qeyd edib ki, şirkətdə bu portallardan istifadə ilə bağlı qəbul edilən qaydalara əməl olunmur.
 
"Sosial şəbəkələr təhlükə mənbəyi kimi qəbul edilmədiyinə görə o, tez-tez korporativ təhlükəsizlik strategiyasında diqqətdən kənar qalır. Bu, səhv yanaşmadır. Çünki hakerlər həmişə şirkətlərin məlumatlarını oğurlamaq üçün yeni üsullar axtarır, sosial şəbəkələr isə buna imkan yaradır”, - "Eset”in təhlükəsizlik üzrə mütəxəssisi Mark Ceyms bu fikirdədir.
 
Şirkətin tədqiqatında həmçinin qeyd olunur ki, rəyi soruşulan istifadəçilərin üçdə bir hissəsi uduşda iştirak etmək üçün "Facebook” sosial şəbəkəsində müxtəlif səhifələri "Like” edib və onların yalnız 3 faizi real uduşu qazanıb, - "DailyComm” yazır. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol