Bakının mərkəzindən aeroporta avtobus işləyəcək

İyunun 10-dan etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanına "Baku Bus” avtobusu ilə getmək mümkün olacaq.
Oxu.Az "Silkway Travel” şirkətinin məlumatına istinadla xəbər verir ki, avtobus hava limanının Terminal -1 və yerli uçuşlar Terminalından çıxaraq "Koroğlu” metro stansiyasında dayanacaq edəcək.
Avtobus hava limanından Səməd Vurğun bağına kimi hər 30 dəqiqədən bir hərəkət edəcək. Avtobus hər iki istiqamət üzrə hərəkət edəcək (Səməd Vurğun bağı – hava limanı və əksinə).
Gediş haqqı 1 AZN təşkil edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























