“Samsung” televizorlarında “PlayStation Now” oyunu quraşdırıldı

"Sony” şirkətinin "PlayStation Now” oyun servisi "Samsung” smart televizorlarında quraşdırılıb. Lakin hazırda funksiyadan yalnız ABŞ və Kanada sakinləri yararlana bilər.
Servisi işə salmaq üçün "Smart Hub” əlavələr mağazasının yoxlanılması və əvvəlcədən "DualShock 4” oyun kontrollerinin alınması tələb olunur.
Bildirilir ki, "PlayStation Now” servisi kənar istehsalçının qurğularında ilk dəfədir quraşdırılır. Bunadək xidmətdən "PlayStation 4”, "PlayStation Vita”, "PlayStation TV” qurğularında və "Bravia” seriyasından olan bəzi "Sony” televizorlarında istifadə etmək mümkün olub.
"PlayStation Now” oyunundan istifadə üçün biraylıq abunə haqqı 20, üçaylıq 45 dollar təşkil edir, - "4PDA” yazır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























