• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil nömrələrlə bağlı yeni qərarın üstünlükləri

Mobil nömrələrlə bağlı yeni qərarın üstünlükləri
13.06.2015 16:55
Məlum olduğu kimi, Azərbaycan Nazirlər Kabineti "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında qərarında dəyişikliklər edib. Yeni qərar əsasında telefon nömrələrinin (sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilir. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qərarın üstünlüklərini açıqlayıb.

Birinci əsas üstünlük ondan ibarətdir ki, abunəçi barədə məlumatlar  subyekt barədə ilkin mənbədən  formalaşdırılmaqla  dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək. Bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq.

İkincisi, sənədləşmə bu qərara uyğun olaraq portal üzərindən verilən xüsusi servis vasitəsilə aparıldıqdan sonra bəzi hallarda abunəçilərin soyad və adlarında, ünvanlarda və s. problem yaradan səhvlərin qarşısı birmənalı şəkildə alınacaq və qeyd edilən məsələlərin həlli mümkün olacaq.  Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri-mümkün olacaq. 

Ücüncüsü, bir abunəçi başqa abunəçinin  adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək. Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlərin (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndərilməsi imkanı yaranacaq.

Yeni qərar "Elektron hökumət” quruculuğuna və  e-xidmətlərə də müsbət təsir göstərəcək. Belə ki, mobil operatorların abunəçi bazalarında olan səhvlər və FİN-ə uyğunlaşma olmaması bir çox e-xidmətlərin hazırlanmasına maneçilik yaradırdı.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol