Azərbaycan tütün idxalını kəskin azaldıb

Bu ilin yanvar-may ayı ərzində Azərbaycana 130 181,87 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları ixrac edilib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 19 099,46 min dollar yaxud 12,79% azdır. Nəticədə, 2015-ci ilin 5 ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi ixracın 3,20%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana 2 503,46 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,45% azdır. Tütün və tütün əvəzedicilərinin 2014-cü ildə idxalı ölkənin ümumi idxalının 0,06%-nə bərabər olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























