“Youtube” yeni xəbər kanalı yaradır

"Youtube” video xidməti özünün yeni "Newswire” xəbər kanalını quracağını planlaşdırır.
İKT.lent.az-ın xidmətin rəsmi bloquna istinadən verdiyi məlumata görə, bu xəbər kanalında istifadəçilərin hadisələr baş verən yerlərdən çəkdiyi videoçarxlar yerləşdiriləcək. Videokontentin keyfiyyəti isə "Storyful” redaktorları tərəfindən yoxlanılacaq.
"YouTube” rəhbərliyi hesab edir ki, praktiki olaraq son bir neçə il ərzində planetdə baş verən ən mühüm hadisələr istifadəçilər tərəfindən hadisə yerindən çəkilərək, videonun yerləşdirilməsi ilə nəticələnir. Bu videoçarxlar isə kütləvi informasiya vasitələri tərəfindən görüntü olaraq materiallarda istifadə olunur.
Videoxidmət bəzən hələ də təsdiqini tapmaqda çətinlik çəkilən xəbərlərin istifadəsində yeni mediaya dəstək olaraq onun effektivliyini artırmaq niyyətindədir. Baxmayaraq ki, bəzən müəlliflər onun mənbəyinə nadir hallarda istinad edirlər.
Xatırladaq ki, bu günlərdə "YouTube”nin daxil olduğu "Google” korporasiyası yeni "YouTube Gaming” xidmətini istifadəyə verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























