Balaxanı yolu təmir edilir

Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC Balaxanı yolunda orta təmir işləri aparır.
"Report" xəbər verir ki, təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.
Sözügedən yolun orta təmir işləri təqribən 6 km-lik ərazidə aparılır. Ümumilikdə, 45 min kv. metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
"Balaxanı yolunda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır. Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub", - "Azəryolservis”dən bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























