• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR daha bir ğlkəyə 50 mln. avro sərmayə yatırır

SOCAR daha bir ğlkəyə 50 mln. avro sərmayə yatırır
26.06.2015 20:19
Yaxın 3-4 il ərzində burada hər il 10 yeni YDM istifadəyə verməyi planlaşdırırıq

Yaxın 2-3 ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin (YDM) sayının artırılmasına 50 mln. avro sərmayə yatıra bilər. "Report"un Rumıniya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

SOCAR rəsmisinin sözlərinə görə, bu ilin sonuna qədər 3-4 yeni stansiya istifadəyə veriləcək: "Hazırda SOCAR-ın Rumıniyada 32 yanacaqdoldurma məntəqəsi var. Bu YDM-lərdə təxminən 500 nəfər işlə təmin edilib. İlk planımız yerli bazarda satış həcmini və YDM-lərin sayını artırmaq olacaq. İlin sonuna qədər 3-4 yeni stansiya istifadəyə veriləcək və gələn il daha 10 stansiyanın da istifadəyə verilməsini düşünürük. Yaxın 3-4 il ərzində burada hər il 10 yeni YDM istifadəyə verməyi planlaşdırırıq".

Qeyd edək ki, AGRI layihəsi iştirakçısı olan dövlətlərin iclasında iştirak etmək üçün Vitali Bəylərbəyov Rumıniyada səfərdə olub.
Xatırladaq ki, SOCAR Rumıniya bazarına 2011-ci ilin oktyabrından fəaliyyət göstərir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol