• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kredit borcu olanların sayı açıqlandı

Azərbaycanda kredit borcu olanların sayı açıqlandı
29.06.2015 10:19
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin mayın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs (borc alan) var.

Bu isə ümumi əhalinin 26%-ni təşkil edir.

Oxu.Az xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı statistik məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 381 min 592 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır.

Bundan əlavə, 10 min 957 min nəfəri hüquqi şəxslər, 21 min 573 nəfəri isə sahibkarlıq subyektləridir.

Zamin şəxslərin sayı isə bir ayda (mart və aprel aylarının müqayisəsi) 6 min 344 nəfər artaraq, 1 milyon 115 min 820 nəfərə çatıb.

Onu da əlavə edək ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə qeyd etdiyimiz kimi 2 milyon 414 min 122 nəfər olub.

Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol