• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Bu il taxıl istehsalında məhsuldarlıq artıb

Nazirlik: Bu il taxıl istehsalında məhsuldarlıq artıb
30.06.2015 15:29
Bu il Azərbaycanda biçiləcək 904 min hektar sahənin artıq 550 min hektardan (61%) çox hissəsi, yəni artıq ümumi əkin sahəsinin 61%-i biçilib. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə 1,5 mln. ton taxıl istehsal olunub: "Orta məhsuldarlıq 1 hektar üzrə 28,1 sentner təşkil edir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 sentner artıqdır".

M.Hacıyev deyib ki, iyunun əvvəlində arpa biçini başlayıb və artıq yekunlaşmaq üzrədir. Buğda biçini isə bölgələrdə intensiv şəkildə həyata keçirilir.
Ümumiyyətlə, bu il Azərbaycanda taxıl sahələrində vəziyyətin ürəkaçan olduğunu qeyd edən M.Hacıyev bildirib ki, həm ümumi məhsul istehsalı, həm də məhsuldarlıq artıb. Bölgələrdə mütəmadi olaraq əlaqə saxlanılır: "Elə fermerlər var ki, sahələrində 4, hətta 6 tona qədər məhsul götürüb. İqlim şəraiti də əlverişli olub, istehsalın artmasına təsir edən amillərdən biri də dövlətin fermerlərə göstərdiyi dəstək olub".
Qeyd edək ki, bu ildən fermerlərin yanacaq və mühərrik yağlarına görə dövlət hesabına aldıqları yardımın həcmi, yəni subsidiya 40 manatdan 50 manata qədər artırılıb. Bundan başqa, təkrar əkin aparan fermerlər əlavə olaraq 50 manat subsidiya əldə edəcəklər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol