• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana təyyarə və peyk kreditləri verən ABŞ bankı bağlanır

Azərbaycana təyyarə və peyk kreditləri verən ABŞ bankı bağlanır
30.06.2015 16:39
ABŞ-ın 81 ildir fəaliyyət göstərən idxal-ixrac bankı "US Ex-İm Bank” fəaliyyətini dayandırır.

Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb Konqresin 11 günlük tətilə çıxmazdan əvvəl bankın maliyyələşdirilməsinin davam etdirilməsinə dair qanunu qəbul etməkdən imtina etməsidir.

Konqresdə hesab edirlər ki, bankın fəaliyyətinə ehtiyac yoxdur. Çünki onun verdiyi kreditlərin çoxu Vaşinqtonda siyasi təsir imkanları olan iri korporasiyalara gedir. Əslində isə bank kiçik sahibkarlığa dəstək üçün yaradılmışdı.

Konqresin qanunu qəbul etməkdən imtina etməsi nəticəsində bank iyulun 1-dən kreditlərin və kredit qarantiyalarının verilməsini dayandıracaq.

Bankın inzibati büdcəsi onun bu ilin oktyabrına qədər fəaliyyətini davam etdirməsini təmin edir, ancaq həmin tarixə qədər bankın 20 milyard dollarlıq illik büdcəsi təsdiq edilməsə, "US Ex-İm Bank” ləğv edilməlidir. Lakin bankın ləğvi prosedura da müəyyən deyil.

Xatırladaq ki, "US Ex-İm Bank” Azərbaycanın milli peyki "Azerspace”nin hazırlanması və kosmosa buraxılması layihəsini maliyyələşdirib.

Habelə bank Azərbaycanın AZAL hava yolları şirkətinin "Boeing” korporasiyasından "Boeing-747” təyyarələrinin , bu təyyarələrə aid mühərriklərin alınmasını maliyyələşdirir.

İndi bankın fəaliyyətini dayandırmaq təhlükəsi qarşısında qalmasından ən çox narahat olanlardan biri də "Boeing” korporasiyasıdır.

Korporasiya bildirir ki, "US Ex-İm Bank” tərəfindən güzəştli maliyyələşdirmənin dayandırılması nəticəsində "Boeing” təyyarələrinin satışı çətinləşəcək.

Korporasiya Avropanın "Airbus” şirkətinə rəqabətdə uduzacaq. Həmçinin bankın fəaliyyətini dayandırması Azərbaycan və Nigeriya kimi ölkələrin aldıqları təyyarələrə görə ödənişlərini çətinləşdirəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol