• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kreditlər ucuzlaşa bilər - VİDEO

Azərbaycanda kreditlər ucuzlaşa bilər - VİDEO
30.06.2015 23:59
Bank nümayəndəsi: Banklar vətəndaşlardan 5 faiz komissiya haqqı tuturdusa, bundan sonra 1 faiz tutacaqlar

Mərkəzi Bank ölkədə fəaliyyət göstərən kommersiya banklarına kreditlərə görə tutduqları komissiya haqlarını azaltmaq barədə tapşırıq verib. Bu tapşırığı özündə əks etdirən məktub ötən gün imzalanıb və bu gündən bütün banklara göndərilib. Əgər banklar tapşırığa əməl etsələr kreditlər ucuzlaşa bilər.

ANS TV-nin məlumatına görə, Mərkəzi Bankdan kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, müştərilərə verilən istehlak kreditləri üzrə komissiya haqqı kreditin 1%-dən artıq olmamalıdır. Bu 1%-ə rəsmiləşdirmə və nağdlaşdırma xərcləri daxil olmalıdır.

Tənzimləyici orqan bildirir ki, bəzi banklarda istehlak kreditləri üzrə həddən artıq yüksək komissiya haqqı tələb olunur. Bu banklarda istehlak kreditləri üzrə faktiki illik faiz dərəcəsi bank sektoru üzrə olan bu orta illik göstəricini xeyli üstələyir. Mərkəzi Bank məhz bunu nəzərə alaraq banklara belə bir tapşırıq verib.

"Əgər banklar vətəndaşlardan 5 faiz komissiya haqqı tuturdusa, bundan sonra banklar məcbur olub 1 faiz tutacaqlar. Banklar bu itkinin çox gümün ki, başqa yollara baş vuraraq qazanmağa çalışacaqlar. Komissiya gəlirlərinin ümumi həcmində 20 faizə qədər itki ola bilər”, – deyə Bank nümayəndəsi Tural Vəliyev bildirib.

Amma bəzi banklar komissiyanın dərəcəsini müəyyən etməyin daxili işləri olduğunu, Mərkəzi Bankın sadəcə tövsiyyə etdiyini bildirir. Mərkəzi Bankın göstərişindən sonra bir çox banklar, hətta istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb. 

Mütəxəssislər hesab edir ki, bu qərar xüsusilə istehlak krediti bazarında aparıcı mövqeyə malik bir neçə banka yönəlib.

Bəzi bankların komissiya haqqı, hətta kreditin 10%-dən də yüksək idi. Bu isə kredit üzrə faktiki illik faiz dərəcəsinin həddən artıq yüksək olmasına səbəb olurdu. Güman olunur ki, komissiya haqqını endirməyə məcbur olan bu banklar faiz dərəcələrini bir az da artıracaqlar.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol