• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan iyunda xam neft ixracını artırıb

​Azərbaycan iyunda xam neft ixracını artırıb
01.07.2015 18:35
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin iyun ayında Supsa limanından 339,02 min ton xam neft ixrac edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 96 981 ton yaxud 40,1% çoxdur. 

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu il Ceyhan limanından 1 925,7 min ton xam neft ixrac edilib və bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur. 

Qeyd edək ki, iyun ayında Novorossiysk limanı ilə neft satışı həyata keçirilməyib.

Ümümilikdə, yanvar-iyun ayları ərzində Novorossiysk limanından 678,05 min ton yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,4% artıq, Supsa limanından 1 524,9 min ton və ya 5% çox xam neft ixrac edilib.

Ceyhan limanından ixrac edilən xam neftin həcmi isə ötən ilin yanvar-iyun aylarına nisbətən 10,8% azalaraq 9 203,95 min tona çatıb. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövləti, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol