• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Haqverdiyev: “Kredit borclarının silinməsi bank sistemini yıxa bilər”

Oqtay Haqverdiyev: “Kredit borclarının silinməsi bank sistemini yıxa bilər”
02.07.2015 15:28
Vətəndaşların kommersiya banklarına olan kredit borclarının ləğv edilməsi ilə bağlı dolaşan şayiələr səngimək bilmir. Əsassız məlumatlar bank sektoru üçün ciddi təhlükə yaratmaqdadır. Çünki şayiələrə inanan vətəndaşların böyük qismi kommersiya banklarına olan borcunu ödəməkdən imtina edərək gözləmə mövqeyini seçib. Onsuz da kifayət qədər problemli kreditləri olan banklar isə çıxılmaz vəziyyətdə qalıb.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Oqtay Haqverdiyev bu tip məlumatların bank sisteminə ciddi zərər verdiyini vurğulayıb:

"Bu bank sistemini yıxmaq məsələsidir. Belə şey ola bilməz. Bu şayiədir və şayiə olaraq da qalacaq. Hesab edirəm ki, bu şayiə təxribat yaratmaq məqsədilə ortaya atılıb. Nəticədə də vətəndaşlar gözləyir ki, kreditlər nə vaxt ləğv olunacaq. Ona görə də ödəniş etmirlər. Bu dövlətin pulu deyil ki, onu silsin. Bu kommerisya banklarının, özəl sektorun vəsaitidir. Elə şey olarmı ki, mən pulu verəm, başqası onu ləğv edə?”

Oqtay Haqverdiyevin fikrincə, bu mümkünsüz bir şeydir: "Bu, sadəcə, təxribat məqsədilə yayılan şayiədir. Ola bilər ki, kreditlərin ödənilməsi üçün vaxt uzadılsın, müəyyən güzəştlər edilsin, hansısa bank az miqdarda kreditləri ləğv etsin və s. Amma borcun tamamilə silinməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, kommersiya bankları özü vətəndaşlara verdiyi krediti xarici banklardan və ya Mərkəzi Bankdan götürüb. Həmin kreditlərin məbləği isə milyardı ötüb”.

Mütəxəssis qeyd edib ki, kommersiya bankları belə bir yola gedəcəklərsə rəsmi açıqlama verməlidirlər: "Əhaliyə tövsiyə edərdim ki, ödənişlərini vaxtında etsinlər, boş şayiələrə inanmasınlar”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol