Odessadan Bakıya aviareyslər açılıb

"Ukrayna Beynəlxalq Hava Yolları" (UIA) aviaşirkəti Odessadan Bakıya birbaşa mövsümü uçuşlara başlayıb.
Aviaşirkətdən "Report”a verilən məlumata görə, reyslər mövsümi xarakter daşıyır və sentyabrın 3-nə qədər həftədə bir dəfə həyata keçiriləcək.
İkitərəfli reysə aviabiletin qiyməti 310 manatdan başlayır. Uçuşlar "Boeing 737” təyyarəsi ilə gerçəkləşdirilir.
Qeyd edək ki, Odessadan mövsümi reyslər Bakı ilə yanaşı İstanbul, Tel-Əviv və Yerevana açılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























