• $
  • €
  • ₽
  • ₺
  • £

Günəş enerjisi ilə işləyən qatar hazırlanır

Günəş enerjisi ilə işləyən qatar hazırlanır
06.07.2015 22:00
Yaxın vaxtlarda Hindistan dəmiryollarında günəş enerjisi ilə işləyən qatar hərəkət etməyə başlayacaq. Bu barədə jurnalistlərə Hindistanın elm və texnologiyalar naziri Harş Vardhan bildirib.
 
Onun sözlərinə görə, yeni qatarın hazırlanması "Integral Coach Factory” Milli Vaqonlar İstehsalı üzrə Birlik və Hindistan Texnoloji İnstitutunun Çennai filialı ilə birlikdə aparılır.
 
Nazir qeyd edib ki, günəş panelləri bütün vaqonlarda quraşdırılacaq ki, bu da gələcəkdə Hindistanın nəqliyyat sisteminin təbii mədən resurslarına olan ehtiyaclarını aradan qaldıracaq. Gözlənildiyinə görə, ilkin mərhələdə günəş panelləri qatarın elektrik enerjisinə tələbatını 15 faizədək ödəyəcək. Bundan başqa, layihə qatarın dayanacaqda olduğu zaman hasil olunan elektrik enerjisini milli şəbəkəyə ötürməsini nəzərdə tutur. 
 
Bir müddət əvvəl baş nazir Narenda Modinin başçılıq etdiyi Hindistan Nazirlər Kabineti ölkədə bərpa olunan enerjinin yenilənmiş inkişaf planını təsdiq edib. Plan ölkədə quraşdırılan günəş panellərinin ümumi gücünün 2022-ci ilədək 100 giqavatta çatdırılmasını nəzərdə tutur.
 
Günəş enerjisinə yatırılan investisiyaların həcminin 6 trilyon rupi (100 milyard dollar) təşkil edəcəyi gözlənilir. Layihələr arasında Madhya-Pradeş ştatında 2016-cı ildə istismara veriləcək gücü 750 meqavatt təşkil edən dünyanın nəhəng elektrik stansiyası yer alıb.
 
Bundan əvvəl baş nazir Hindistanın beynəlxalq konsorsium üzərində işlədiyini bildirib. Təşkilata ildə günəşli günlərin çox olduğu 50 ölkəni təmsil edən alimlərin daxil olacağı qeyd olunur. Konsorsiumun məqsədi günəş enerjisi sahəsində elmi tədqiqatlar və texnoloji nailiyyətlərin mübadiləsidir.
 
Hindistanın iqlim şəraiti bərpa olunan enerjinin inkişafı üçün əlverişlidir, çünki ölkədə ildə orta hesabla 300 günəşli gün olur, - "TASS” yazır.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol