• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın ictimai nəqliyyatında yenilik - VİDEO

Paytaxtın ictimai nəqliyyatında yenilik - VİDEO
08.07.2015 09:12
"Bütün çətinliklər arxada qalıb”.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti daha bir yeniliyə imza atır. Bakı-Sumqayit dəmir yolu üçün tikilən yeni platformalar artıq hazır vəziyyətə gətirilib. Bundan əlavə metronun "28 May” stansiyasının qarşısındakı keçiddən platformalara birbaşa keçid tikiləcək.

ANN.Az-ın ANS TV-yə istinadən məlumatına görə, Bakı sərnişin daşıma stansiyasında və onun ətrafında yenidənqurma və təmir işləri davam edir. Artıq Bakı-Sumqayıt istiqamətinə gedəcək sərnişinlər üçün üç yeni platforma tikilib. 4-cü platformada isə tamamlanma işləri gedir.

Eyni zamanda sərnişinlər üçün daha bir yenilik də edilib. Artıq platformalara getmək istəyənlər uzun dövrə vurmalı olmayacaq. Belə ki, ərazidə yeni yeraltı keçidlər tikilib ki, bu da sərnişinlərin birbaşa metrostansiyanın qarşısındakı yeraltı keçiddən istifadə etməklə birbaşa platformaya çıxmasına şərait yaradacaq. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbər Nadir Əzməmmədovun verdiyi məlumata görə, tikinti işləri zamanı komunikasiya ilə bağlı məsələlər işin gedişatını ləngitsə də, artıq bu aradan qalxıb:

"Hazırda ərazidə komunikasiya xətləri çoxluq təşkil edir. Bu səbəbdən də ərazidə aparılan yenidənqurma işlərin ləngiməsinə yol açdı. Artıq bütün çətinliklər arxada qalıb, hazırda işlər sürətlə davam etdirilir. Çalışırıq ki, tez bir zamanda yenidənqurma işlərini başa çatdıraq. Və sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edə bilsinlər”.

Eyni zamanda sərnişinlərin platformalardan istifadə etməsi üçün ərazidə turniketlər də quraşdırılacaq. Qurum rəsmisinin sözlərinə görə, Bakı Sərnişin Stansiyasının alt qatında keçidlər çoxdur.

Sovet dönəmində bunlardan istifadə edilməsə də, sərnişinlərin çoxluğu bunu zəruri edir. Eyni zamanda sərnişinlərin daha təhlükəsiz və sərbəst gedib-gələ bilməsi üçün də bir sıra işlər aparılır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol