• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
09.07.2015 10:02
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 nəfər və ya 0,5% artaraq, bu il iyun ayının 1-i vəziyyətinə 9 mln. 636,3 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 009 nəfər qadın düşür.

Bu ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6-ya qədər azalıb.

Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1 034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol