• $
  • €
  • ₽
  • ₺
  • £

Son 4 ayda kredit faizlərinin ucuzlaşma səbəbi açıqlandı

Son 4 ayda kredit faizlərinin ucuzlaşma səbəbi açıqlandı
09.07.2015 21:45
2015-ci ilin iyunun 1-nə olan rəqəmlərin eyni ilin martın 1-ə olan göstəricilərlə müqayisəsi zamanı aydın olur ki, manatın devalvasiyasından (21 fevral) sonra həm manat, həm da xarici valyuta ilə olan kreditlər üzrə faiz dərəcələri aşağı düşüb.

Belə ki, manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 8,95%-dən 8,81%-ə düşüb. Xarici valyutada olan kreditlər üzrə orta faiz dərəcəsi son dörd ayda 8,73%-dən 8,38%-ə qədər azalıb.

Son bir ayda isə xarici valyuta ilə olan kreditlərin orta faiz dərəcəsi 8,31%-dən 8,38%-ə qalxıb. Manatla olan kreditlərin orta faiz dərəcəsi isə 8,82%-dən 8,81%-ə düşüb.

Sual yaranır devalvasiyadan sonra həm manat həm də xarici valyuta üzrə olan kredit faizləri nə üçün ucuzlaşıb?

İqtisadçı-ekspert Pərviz Heydərov Oxu.Az-a bildirib ki,  manatın ucuzlaşmasından sonra kredit təkliflərində struktur dəyişikliklərində dəyişilik baş verib:

"Manatın dollara və avroya görə ucuzlaşdırılmasından sonra banklar tərəfindən həm vəsait cəlbində, həm də kredit təkliflərində struktur dəyişikliklərinin baş verəcəyi gözlənilən idi. Məlumdur ki, əhali devalvasiyadan dərhal sonra banklarda yerləşdirdikləri manatla olan əmanətlərini xarici valyutaya dəyişdilər. Eyni zamanda, yeni əmanət yerləşdirimi xarici valyuta ilə həyata keçirilməyə başlandı".

"Bütün bunlar isə manatla kredit təklifini çətinləşdirdi. Və paralel olaraq, dolların bahalaşması isə xarici valyuta ilə olan kredit təklifinə tələbi məhdudlaşdırdı. Orta faiz dərəcələrinin aşağı düşməsi bilavasitə bu proseslərlə əlaqədardır"-deyə, ekspert qeyd edib.

İqtisadçı onu da əlavə edib ki, sözügedən aşağı düşmə ciddi xarakter daşımır:

"Lakin rəqəmlərə diqqət yetirsək, sözügedən aşağı düşmə o qədər də çox deyil və olduqca cüzi xarakter daşımışdır. Təsadüfi deyil ki, son 1 aydakı tendensiya manatla olan kreditlərin orta faiz dərəcəsinin enməsinə baxmayaraq, xarici valyuta ilə olan kreditlər üzrə orta faiz dərəcəsinin yenidən qalxmağa başladığını göstərir".
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol