• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kommersiya banklarına ucuz vəsait veriləcək

Azərbaycanda kommersiya banklarına ucuz vəsait veriləcək
14.07.2015 15:30
AMB manatın cari məzənnəsi ilə bağlı heç bir riskin olmadığını bildirir

Azərbaycan Mərkəzi Bankı (AMB) müvafiq tələblərə cavab verəcək kommersiya banklarına ucuz maliyyə vəsaitləri verəcək. "Report"un verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov "ANS TV"-yə müsahibəsində bildirib: "Bunu mərhələ-mərhələ edəcəyik və resurslara qoşulmaq şərti bütövlükdə bankın tam requlyativ tələblərə cavab verməsi, onun bizim daxili reytinq sistemində yer alması olacaq".

"Bununla AMB bankların cəlb olunan vəsaitlər baha olduğu üçün kreditlər də bahadır bəhanəsini aradan qaldırmış olacaq. Eyni zmanada, ucuz vəsaitdən istifadə edərək kredit faizlərini aşağı salan banklar bazarda rəqabəti yüksəldəcək. Bu isə digər maliyyə təşkilatlarının da tələblərə uyğunlaşmasına stimul yaradacaq", - deyə baş bankir qeyd edib.

E.Rüstəmov bağlanan "Eurobank" ASC-də əhalinin əmanətləri olmadığını deyib, lisenziyası məhdudlaşdırılan "Azərbaycan Kredit Bankı" ASC-də isə depozitlər olsa da, Mərkəzi Bank narahatlığa əsas görmür: "İlkin analiz göstərir ki, Bankda əmanətləri qaytarmaq üçün kifayət qədər vəsait var. Digər tərəfdən də bir hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur. Artıq müvəqqəti inzibatçı çalışır. Bu, bir az vaxt alacaq, çünki bu əmanətlərin məbləği, əsl sahibləri və ünvanları bir daha dəqiqləşdirilməlidir. Çalışacağıq ki, çox qısa müddətdə əmanətçilərin qanuni tələbləri təmin edilsin".

Bununla yanaşı, AMB sədri hazırkı vəziyyətdə manatın cari məzənnəsi üçün heç bir risk görmədiyini deyib: "Neftin qiymətində ciddi dəyişikliklər baş verərsə, yəni 40 dollar olsa belə, Azərbaycan üçün təhlükəli deyil. Neftin bugünkü qiyməti 59 dollardır. Biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Belə olan halda manatla bağlı heç bir problem görmürəm”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol