• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula-1" yürüşü ilə əlaqədar Bakıdakı qədim daş yolların üstü asfaltlanacaq

"Formula-1" yürüşü ilə əlaqədar Bakıdakı qədim daş yolların üstü asfaltlanacaq
17.07.2015 18:00
2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinədək mərkəzi küçələrdəki yol zolağı yenidən təmir olunacaq.
 
"Report"un məlumatına görə, bu barədə "SpeedWeek" nəşrinə müsahibəsində arxitektura bürosunun rəhbəri German Tilke açıqlama verib.

O bildirib ki, ilk növbədə, yol işləri başa çatdırılacaq. Sonda isə "Formula-1" üçün xüsusi asfalt qatı qoyulacaq. Boks komplekslərinin və digər infrastrukturun hazırlığı isə gələn ildən başlanılacaq: "Tras tarixi mərkəzdən keçir, bəzi sahələrə daş döşənilib. Təəssüf ki, onları "Formula-1" üçün istifadə etmək olmaz. Bu səbəbdən, daşların üzərini örtməli olacağıq. Bununla Qran Priyə az qalmış məşğul olacağıq. Biz müvəqqəti qərardan yararlanmaq istəyirik: Daşların üzərinə qum qatı, üstündən isə asfalt döşəyəcəyik. Yürüşdən sonra bu örtük çıxarılacaq".

"Formula-1" trasının marşrutunda belə örtüklər 2 yerdə - Azneft dairəsindən Prezident Administrasiyasına və eləcə də Şəhidlər Xiyabanına qalxan yoldadır. Onların uzunluğu təqribən 200 metr və 400 metrdir. G.Tilke yollarda avtomobillər üçün toxunmanın yüksək keyfiyyətini təmin etməyə çalışdıqlarını və yeni yol qatının yerli materialdan salınacağını vurğulayıb.

Almaniyalı mütəxəssis Monako və Bakı trasları arasında da müqayisə aparıb: "Bu, Monakodan tam fərqlidir. Bakı trası bir çox cəhətlərdə unikaldır. Biz bir çox çətin məsələləri həll etməli olduq. Beynəlxalq Avtomobil Federasiyasının məhdudiyyətləri var. Xoşbəxtlikdən, federasiya bu tələbləri tam yerinə yetirə bilmədiyimiz vaxt kompromisə hazırdır. Məsələn, Bakıda tras XII əsrə aid divarlar boyunca keçəcək. Biz onu zədələməməliyik. Bu şəhərdə iş bizə unikal təcrübə qazandırıb. Əminəm ki, pilotlar və tamaşaçılar trası bəyənəcəklər. Havanın temperaturu isə Avropadakı yay temperaturu kimi olacaq: 30 dərəcədən yuxarı. Amma daha isti olacağı da istisna deyil".

G.Tilke Hökumət Evi qarşısında qurulacaq boks binalarının taleyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yürüşdən sonra bokslar kompleksi götürüləcək, 2017-ci il Qran Prisindən öncə isə yenidən yığılacaq. Mütəxəssis Avropa Qran Prisi ilə bağlı bütün prosedurların ideal formada yoluna qoyulmasından ötrü 6-7 il lazım gələcəyini açıqlayıb: "Monakoda Qran Pri neçə ildir keçirilir. Orada trası gözüyumulu da hazırlamaq olar. Şühbə etmirik ki, Bakıdakı ikinci yürüşdən öncə trasın hazırlanmasına az vaxt gedəcək. Bu, Sinqapurda da belə idi. Biz yerli mütəxəssislərlə əməkdaşlıq edirik. Onlara komplimentlər demək istərdim. Artıq Avropa Oyunları zamanı təcrübə toplayıblar ki, bu da bizə gərəkli olacaq".

Sonda G.Tilke azərbaycanlı həmkarları ilə ünsiyyətdə heç bir problemlərinin olmadığını və bundan yaxşı mənada təəccübləndiklərini vurğulayıb: "Təmasda olduğumuz şəxslər bizi diqqətlə dinləyir və kömək edirlər. Onlar ingiliscə əla bilirlər və yaxşı təhsil alıblar".
Qeyd edək ki, ilk Avropa Qran Prisi 2016-cı il iyulun 17-də Bakının mərkəzi küçələrində təşkil olunacaq.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol