• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanda SMS-reklamlar qanunla məhdudlaşdırılıb

​Azərbaycanda SMS-reklamlar qanunla məhdudlaşdırılıb
21.07.2015 12:20
Prezident İlham Əliyevin imzaladığı və ötən həftə qüvvəyə minən "Reklam haqqında” yeni qanunla Azərbaycanda SMS-reklamlar məhdudlaşdırılıb.

 Bu barədə "Report”a yeni qanunu şərh edən vəkil Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, qanunun maraqlı müddəalarından biri 23.1-ci maddəsində təsbit edilib. Burada qeyd olunur ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər: "Bu o deməkdir ki, mobil telefonlarımıza bezdirici (bəzən isə həm mənəvi, həm də maddi cəhətdən zərərli) SMS-reklamlar daha gəlməyəcək. Ona görə ki, mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində qanunun tələb etdiyi razılıq haqda müddəa bir qayda olaraq yoxdur”.

Ə.Həsənov bununla belə, vətəndaşlara diqqətli olmağı məsləhət görür: "Əvvəla, bundan sonra vətəndaşlar mobil operatorlarla bağladığı müqaviləni diqqətli oxumalıdır. Çünki qarşı tərəf həmin "razılığ”ı daxil edə bilər. Digər tərəfdən, qanuna zidd olaraq vətəndaşın telefonuna SMS-reklam daxil olarsa, həmin istifadəçiyə müvafiq qurumlara şikayət etməyi məsləhət görərdim”.

Vətəndaşların hansı qurumlara şikayət etmələrinə gəlincə Ə.Həsənov deyib ki, mobil operator "Reklam haqqında” qanunu pozarsa, vətəndaş İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, habelə birbaşa məhkəməyə müraciət edə bilər: "Amma məsləhətdir ki, məhkəməyə qədər adını çəkdiyim iki quruma şikayət etsin. Nəticəsi daha tez olacaq”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol