• $
  • €
  • ₽
  • ₺
  • £

Proqnoz: ​Qızılın unsiyası 1000 dollardan aşağı düşə bilər

Proqnoz: ​Qızılın unsiyası 1000 dollardan aşağı düşə bilər
24.07.2015 17:08
Qızıl son günlər 1 150 dollar/unsiya səviyyəsində olan dəstək səviyyəsində satışların üstünlük təşkil etməsi ilə 1 100 dollar/unsiyaya qədər geriləyib. 

Fransanın "BNP Paribas" bankının texniki tədqiqatçısı Nikola Qanne hesab edir ki, 1 150 dollar/unsiya səviyyəsindən aşağı düşən qızıl qiymətləri 1 050 və 1 000 dollar/unsiyaya qədər asanlıqla yaxın zamanlarda geriləyə bilər.

Qeyd edək ki, qızıl ən son 1 100 dollar/unsiya qiymətindən 15 mart 2010-cu il tarixində satılıb. Qızıl pik qiymətinə 29 avqust 2011-ci il tarixində 1 911 dollar/unsiya səviyyəsinə çatıb. Hazırda isə qızıl tarixi maksimal qiymətindən 800 dollar və ya 42% aşağı satılır.

Qızılın qiymətinin azalmasında əsas səbəb kimi ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmasının gözləntisi göstərilir. Uçot dərəcəsinin artırılması dünya maliyyə vəsaitlərinin ABŞ dövlət istiqrazlarına axmasına səbəb olacaq. Bu da beynəlxalq maliyyə bazarlarında likvidliyin azalmasına gətirib çıxaracaq. Nəticədə qızılla bərabər digər qiymətli metallar və əmtəə qiymətlərinin qiymətinin azalması proqnozlaşdırılır.

Qeyd edək ki, "Bloomberg" agentliyi tərəfindən hesablanan əmtəə aktivləri üzrə indeks 2002-ci ildən bəri ən aşağı səviyyəyə enib. Buna səbəb WTI markalı neftin avqust ayı üçün fyuçers, yəni vadəli kontrakt qiymətləri 50 dollar/bareldən aşağı satılması, qızıl və digər qiymətli metalların kəskin düşməsi göstərilib. ABŞ-ın "Precious Metals and Mineral Fund" investisiya fondunun tədqiqatçısı Den Denbou bildirib ki, əmtəə aktivlərinin artım dövrü artıq bitib: "Hazırda təklif tələbdən daha yüksəkdir və bunun əsas səbəbi Çin iqtisadiyyatındakı zəifləmədir".

"Prudential" maliyyə şirkətindən Kuisi Krosbi isə qeyd edib ki, Çin tərəfində son 10 ildə mövcud olan tələb əmtəə qiymətlərinin artmasına səbəb olub. Hazırda isə Çində ÜDM-un zəif artımı əmtəə qiymətlərini aşağı çəkir"//Report.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol