• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yalnız quş ətinə olan tələbatını özü ödəyir - STATİSTİKA

Azərbaycan yalnız quş ətinə olan tələbatını özü ödəyir - STATİSTİKA
29.05.2020 00:19
"Aqrar sektorun başqa sahələri kimi, heyvandarlıq sahəsi də son illər sabit templə inkişaf etdirilir. 2015-ci ilin 6 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizdə ət istehsalı 2 faiz, süd istehsalı 4,4 faizi, yumurta istehsalı 1,4 faiz, yun istehsalı 2 faiz artıb”. 

Bu sözləri Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdir müavini Fəxrət Eminov deyib. O qeyd edib ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, damazlıq işinin daha da genişləndirilməsi məqsədilə ölkəmizə damazlıq heyvanların gətirilməsi istiqamətində  müvafiq tədbirlər həyata keçirilir və suni mayalandırma tədbirləri genişləndirilir. 

"Hal-hazırda Göygöl rayonunda yeni suni mayalama mərkəzi tikilir və əlavə olaraq, bir belə mərkəz də fəaliyyət göstərir. Orada hazırda 20 baş törədici saxlanılır, həmin törədicilərdən toxum alınaraq ölkəmizdə mal-qaranın suni mayalandırılmasında geniş istifadə olunur. Ölkəmizdə 355 nəfər suni mayalama mütəxəssisi fəaliyyət göstərir. Demək olar ki, Azərbaycanın bütün regionları və kəndlərində mal-qaranın suni mayalandırılması tədbirləri həyata keçirilir”.

Qeyd edib ki, 2015-ci ilin 6 ayı ərzində 50 min başdan yuxarı suni mayalandırma olub və 33 min başdan yuxarı sağlam bala alınıb. 

"Ölkəmizdə son illərdə heyvandarlığın inkişaf etdirilməsilə bağlı yeni, iri, müasir tələblərə cavab verən heyvandarlıq kompleksləri tikilərək istifadəyə verilib. Heyvandarlıq kompleksləri xaricdən gətirilən həmin damazlıq heyvandarlığın hesabına komplektləşdirilir. Son 3-4 il ərzində Azərbaycanda 20-ə yaxın iri heyvandarlıq kompleksləri tikilərək istifadəyə verilib”.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, heyvandarlığın inkişafı əsasən özəl, ailə, fermer təsərrüfatları tərəfindən həyata keçirilir. 

"Azərbaycanda mal-qaranın cəmi 1 faizə yaxını dövlət müəssisələrindədir, yəni Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdədir. Amma 99,3 faizi özəl formada fəaliyyət göstərən təsərrüfatlardır”.

F.Eminov Azərbaycanın quş əti və yumurtaya olan təlabatı tamamailə ödədiyini vurğulayıb.

"Ümumiyyətlə, ölkə əhalisinin ət və ət məhsullarına tələbatı 92-94 faiz, süd və süd məhsullarına tələbatı 85 faiz həcmində ödənilir. Azərbaycanda hazırda 2 milyon 7 yüz min başdan artıq iri buynuzlu qara mal, o cümlədən 1 milyon 3 yüz min baş inək və camış, 8 milyon 8 yüz min baş qoyun və keçi, 6800 baş donuz var. Azərbaycan xarici ölkələrə ət ixrac olunmur. Amma hal-hazırda ölkəmizdən quş əti və yumurta ixrac etməyə imkanımız var”.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol