• $
  • €
  • ₽
  • ₺
  • £

“Siqaretsiz həyat” şüarı ilə şimal sərhədinədək piyada - FOTO

“Siqaretsiz həyat” şüarı ilə şimal sərhədinədək piyada - FOTO
28.07.2015 17:45
Yarandığı gündən etibarən coxsaylı sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu yöndə fəaliyyətini davam etdirir. 

Şirkətin ötən ildən etibarən həyata keçirdiyi "Siqaretsiz həyat daha gözəldir” sosial layihəsi sağlam həyat tərzinə dəstək olmaqda davam edir. 24-27 iyul tarixləri ərzində bu sosial layihənin şüarı altında 2 nəfər gənc Adil Məmmədli və Rüfət Nəcəfov Bakıdan respublikanın şimal sərhəddinədək qaçış edərək siqaretə "yox” deyib. Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb siqaretdən uzaq durmağa səsləyib. Azercell şirkəti bu təşəbbüsün telekommunaksiya dəstəkçisi olaraq bu müddət ərzində gənclərə yaxınları ilə həm sərbəst şəkildə rabitə əlaqəsi qura bilməsinə, həm də GPS və mobil internetin digər xidmətlərindən yararlanmasına yardım edib.

Xatırladaq ki, keçən il Azercell Telekom şirkəti öz əməldaşları arasında eyni adda sosial layihə həyata keçirib. Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olunub. "Azercell-lə həyat daha gözəldir” deyən şirkət əməkdaşları bir günlərini "Siqaretsiz həyat daha gözəldir” aksiyasına həsr ediblər. Kampaniyaya qoşulan Azercell əməkdaşları həmçinin öz həmkarları və tanışlarını da sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. Kampaniya iştirakçıları sosial şəbəkələrdə paylaşılan statuslarda #Siqaretsiz həştəqindən yararlanıb. Azərbaycanın öncül korporativ sosial məsuliyyətli şirkətlərindən olan Azercell daim ətraf mühit və sağlamlığa faydalı olan layihələr həyata keçirməkdə davam edəcək.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol