• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya planşetlər bazarında azalma sürətlənib

Dünya planşetlər bazarında azalma sürətlənib
30.07.2015 23:44
2015-ci ilin ikinci rübündə dünya planşetlər bazarında azalma sürətlənib. 2014-cü ilin ikinci rübü ilə müqayisədə tədarük həcmi 7 faiz azalaraq 44,7 milyon ədədə enib. Bu barədə "IDC” analitik şirkətinin məlumatında deyilir.  
 
Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin ikinci rübündə dünyada planşetlərin tədarükü 3,2 faiz, 2015-ci ilin birinci rübündə 5,9 faiz azalıb. Bazarda artıq ardıcıl üçüncü rübdür azalma qeydə alınır. Buna qədər bazar stabil müsbət dinamika nümayiş etdirib.
 
"Apple iPad” planşetlərinin 2015-ci ilin ikinci rübündə dünya bazarına tədarükü bir il əvvəlki 13,3 milyonla müqayisədə 17,9 faiz azalaraq 10,9 milyon ədəd təşkil edib. Öz növbəsində "Samsung” şirkəti tədarükü 12 faiz - 7,6 faizədək azaldıb. Nəticədə "Apple” şirkətinin payı 27,7 faizdən 24,5 faizədək, "Samsung”un 18 faizdən 17 faizə qədər azalıb.
 
Əlavə edək ki, 2015-ci ilin birinci rübündə "Apple” və "Samsung”un tədarükü ikinci rübə nisbətdə daha çox azalıb (müvafiq olaraq 22,9 və 16,5 faiz).
 
İlk beşlikdə yalnız ABŞ və Cənubi Koreya şirkətlərinin tədarükü aşağı düşüb. "Lenovo” şirkətinin tədarükü 6,8, "Huawei”-in 103,6, "LG Electronics”-in 246,4 faiz artıb. Çinin "Huawei” şirkəti ilk beşliyə birinci dəfə daxil olub. Bütün tədarük həcminin 54 faizi ilk beşliyin payına düşüb. 2015-ci ilin birinci rübündə bu göstərici 58 faizə bərabər olub. İlk beşliyə daxil olmayan digər istehsalçıların ümumi tədarükü 9,3 faiz aşağı düşüb.
 
"IDC” analitikləri bunu izah edərək bildiriblər ki, dünya bazarına planşetlərin tədarükünün azalması böyük ekranlı smartfonlara tələbatın artması ilə əlaqədardır. Bundan başqa, istehlakçılar yeni planşet almaqdan imtina edərək istifadə etdikləri qurğuların proqram təminatını yeniləmək imkanın olmasına görə onların istifadə müddətini artırmağa üstünlük verirlər, - "CNews”  yazır. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol