• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətlərlə bağlı Azərbaycan hökumətinə müraciət

Qiymətlərlə bağlı Azərbaycan hökumətinə müraciət
04.08.2015 16:01
"Azerbijan Coca-Cola Bottlers” (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.

 ACCB-nin baş direktoru Cem Becelin "Report”a verdiyi məlumata əsasən, hazırda şirkətin bununla bağlı təklifləri Dövlət Xidməti tərəfindən araşdırılır, müvafiq hesablamalar aparılır. Prosesin yekununda məsələ ilə bağlı yekun qərar qəbul olunacaq. 

C.Becel qeyd edib ki, bu ilin fevral ayında Azərbaycanda aparılan milli valyutanın devalvasiyası şirkətin məcmu gəlirlərinə nənfi təsir göstərib.

"Şirkətin satışla ilə bağlı statistik göstəriciləri artıq Antiinhisar Xidmətinə təqdim olunub. Dövlət Xidməti hesablamalar apardıqdan sonra şirkətə dəyən zərərin həcmini və mümkün artımın nə qədər ola biləcəyini bildirəcək və qiymət artımının nə qədər olacağı onda müəyyənləşəcək”, - deyə ACCB-nin baş direktoru deyib.

Baş direktor bildirib ki, ölkədə milli valyutanın devalvasiyası prosesi davam edərsə, bu, gələcəkdə şirkətin gəlirlərinə daha böyük mənfi təsir göstərə bilər.

Azərbaycanda rəqib markaların "Coca-Cola”nın satışına təsirindən danışan C.Becel bu məsələlərin satışın həcminə heç bir təsir etmədiyini və şirkətin bazardakı liderliyi qoruduğunu bildirib: "Bazarın 60%-dən çoxunun əhatəsi bir markanın əlindədirsə, digər markalarla rəqabətdə hələ narahat olmağa dəyməz”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol