İran Azərbaycan peyklərindən istifadə etmək niyyətindədir

Azərbaycan nümayəndə heyətinin avqustun 3-4-də İrana səfəri zamanı İran Teleradio Yayım Təşkilatının nümayəndələri ilə də görüşlər keçirilib.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) bildirilib.
Nazirlik bildirib ki, İran Teleradio Yayım Təşkilatında keçirilmiş görüş zamanı yayım, tezliklərin tənzimlənməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, endirimli şərtlərlə avadanlıqların alınması və istismarı kimi məsələlər müzakirə olunub, təşkilatın ərazisində fəaliyyət göstərən peyk idarəetmə mərkəzinə baxış keçirilib.
"İran tərəfi Azərbaycanın müvafiq qurumu tərəfindən istismar olunan peyklərin xidmətlərindən istifadə etmək niyyətində olduğunu bildirib, məsələ ilə əlaqədar qarşı tərəfə -"Azərkosmos” ASC-yə müraciət olunması tövsiyə edilib”-deyə, RYTN bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























