"Bakı-Supsa kəməri ilə bağlı məsələ həllini tapıb"

"Hazırda Bakı-Supsa boru kəməri ilə bağlı məsələ həllini tapıb".
"Report" xəbər verir ki, bunu kəmərin bir hissəsinə separatçı Cənubi Osetiya tərəfinin nəzarət etməsi məsələsini şərh edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze jurnalistlərə bildirib.
T.Şaraşenidze qeyd edib ki, Cənubi Osetiya sərhəd xəttini göstərən banneri süni şəkildə irəli aparıb geri çəkir: "Bildiyimə görə, banneri yenidən geri qaytarıblar. Bu münasibətlərimizin, xüsusilə də Azərbaycanla əlaqələrimizin inkişafını istəməyənlərin təxribat əməlləridir".
Diplomat ümidvar olduğunu bildirib ki, belə təxribatlar ikitərəfli münasibətlərin səviyyəsinə mənfi təsir etməyəcək.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır