• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Banklar Assosiasiyasının yeni rəhbəri seçildi

Azərbaycan Banklar Assosiasiyasının yeni rəhbəri seçildi
07.08.2015 21:10
"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni rəhbəri seçilib. Bu barədə Trend-ə Assosiasiyadan məlumat verilib.

Z.Nuriyev bu postda "Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılovu əvəzləyəcək.

Müvafiq qərar ABA-nın növbəti hesabat-seçki konfransında qəbul edilib.

Konfransda, həmçinin ABA-nın əvvəlki Rəyasət Heyətinin, Maliyyə-təftiş komissiyasının, eləcə də Azərbaycan Bank Tədris Mərkəzinin 2006-2015-ci illər üzrə fəaliyyəti haqqında heabatlar təqdim edilib və təsdiq olunub.

Sonra Assosiasiyanın Rəyasət Heyətinin yeni tərkibi təsdiq edilib. "AG Bank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev və Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri Elmar Məmmədov ABA-nın vitse-prezidentləri seçiliblər. Hər ikisi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibinə də qəbul edilib.

İdarə Heyətinə, həmçinin "Xalq Bank"ın Müşahidə Şurasının sədri Asim Məmmədov, "Bank Respublika"nın İdarə Heyətinin sədri Xədicə Həsənova, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, "Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Altan Şəntürk, "Unibank"ın Müşahidə Şurasının sədri Eldar Qəribov, "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov və "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev daxil olublar.

Bundan başqa, ABA-nın Maliyyə-təftiş komissiyasının yeni tərkibi təsdiq edilib. Komissiyanın tərkibinə "Muğanbank", "TuranBank", "AccessBank", "Atabank" və "Bank VTB"nin (Azərbaycan) nümayəndələri daxil olublar.

Qeyd edək ki, Nuriyev Zakir Əlibala oğlu oktyabrın 2-i 1960-cı il Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakultəsinə daxil olub və 1981-ci ildə "İqtisadçı” ixtisası üzrə tam kursu bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində, Nəzarət-Təftiş İdarəsində aparıcı mühasib kimi başlayıb.

1981-1983-cü illərdə Hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 1983-cü ilin iyul ayından etibarən 1989-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Rabitə Nazirliyinin Nəzarət-Təftiş İdarəsində mühasib-revizor, baş təftişçi və baş mühasibin müavini kimi fəaliyyət göstərib. 1989-cu ildən AR Rabitə Nazirliyinin "Rayon Rabitəsi" İstehsalat Birliyinə Nəzarət və mühasibat uçotu şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1993-1998-ci illərdə "Rabitəbank” SKB-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb və 1998-ci ildən indiyədək "Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb. 2006-cı ildən indiyədək Assosiasiyanın Rəyasət Heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol