• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il "Azəri-Çıraq-Günəşli" layihəsinə 1,3 mlrd. dollar xərclənib

Bu il "Azəri-Çıraq-Günəşli" layihəsinə 1,3 mlrd. dollar xərclənib
10.08.2015 21:44
Bu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə təqribən 359 mln. ABŞ dolları əməliyyat və 949 mln. dollar əsaslı məsrəflər xərclənib.
 
"Report" xəbər verir ki, bu barədə layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinin yaydığı hesabatda deyilir.

Hesabata görə, birinci yarımildə AÇG-də stabil hasilat davam edib. AÇG-dən ümumi hasilat gündə orta hesabla 641 min barel və ya ümumilikdə 116 mln. barel, yəni təqribən 16 mln. ton təşkil edib. Hasilat "Çıraq" platformasında 55 min, "Mərkəzi Azəri" platformasında 157 min, "Qərbi Azəri" platformasında 107 min, "Şərqi Azəri" platformasında 71 min, "Dərinsulu Günəşli" platformasında 145 min və "Qərbi Çıraq" platformasında 106 min barel olub.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq "BP-Azerbaijan" may ayında "Qərbi Azəri" platformasının planlaşdırılmış dayandırılması proqramını (22 günlük) həyata keçirib.

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 87 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda olub.

Hesabatda deyilir ki, 2015-ci ilin birinci yarısında AÇG-də 9 neft hasilat quyusu və 1 suvurma quyusu qazılıb.

Hesabat dövründə AÇG-dən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 mln. kubmetr, ümumilkdə isə 2,1 mlrd. kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, AÇG-də operator kimi BP-nin payı 35,8%-ə bərabərdir. Burada SOCAR-ın 11,6%, "Chevron"un 11,3%, "Inpex"in 11%, "Statoil"un 8,6%, "Exxon Mobil"in 8%, TPAO-nun 6,8%, "Itochu"nun 4,3%, OVL-in 2,7% payı var.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol