• $
  • €
  • ₽
  • ₺
  • £

Şortik geyinən aktyor toyda döyüldü

Şortik geyinən aktyor toyda döyüldü
14.08.2015 20:07
ODA Teatrının bədii rəhbəri Elmin Bədəlov Bakıda dəvət aldığı toyda döyülüb. 

ANN.Az "AzNews.az"a istinadən xəbər verir ki, bu barədə açıqlamasında fotoqraf Nihad Qulamzadə deyib. 

O, bildirib ki, hadisə 5-6 gün öncə baş verib: 

"Yaxın aktyor-rejissor var, bizi toya dəvət etmişdi. Elmin toya şortikdə getmişdi. Fransalı aktrisa da bizimlə idi. Elmin, Anar, Elza və mən toya girəndə gələn qonaqlar bizi pis qarşıladılar. Dedilər ki, "bu nə geyimdir? Toya da şortiklə gələrlər?”. Sonra Elza ilə Elmin rəqs etdi. Bu da toydakıların xoşuna gəlmədi. Məsələ böyüdü. Hamı Elmini "razborka”ya restoranın zalından çölə dəvət eləyirdi. Sonra Elminə hücum çəkdilər. Axırda bəy yaxınlaşdı ki, toydan çıxanda xəbər edin sizi mətbəxdən özümüz çıxaraq”. 

N.Qulamzadənin sözlərinə görə, təxminən saat 23-00-da E.Bədəlova oturduğu yerdən arxadan yumruq zərbələri endirməyə başlayıblar: 

"Hətta qonaqların atdığı yumruq fransız aktrisa Elzaya da dəyirdi. Söyürdülər. Birtəhər aradan çıxa bildik”. 

Qeyd edək ki, ODA teatrı bu hadisə olan ərəfədə "MimOda 18+” tamaşasını təqdim edib. Tamaşa ictimaiyyət tərəfindən narazılığa səbəb olub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol