• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən möhtəşəm xalçaları

Dünyanın ən möhtəşəm xalçaları
15.08.2015 14:44
Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olub. 

Modern.az dünyanın ən möhtəşəm xalçalarının adlarını təqdim edir.  

Dünyanın bizə gəlib çatmış ən qədim xalça nümunələri Pazırık kurqanlarından tapılıb. Kurqandan tapılan düzbucaqlı formalı, xovlu xalça "Pazırık xalçası” adı ilə dünyanın ən qədim xalçası kimi tarixə düşüb. Hər santimetri 36 ilmə sıxlığı ilə toxunan və incə toxunuşu ilə seçilən " Pazırık xalçası " hazırda Ermitaj muzeyində saxlanılır.  
16-cı əsrin ən nadir xalçası İranın Xalça muzeyində saxlanılan "Kaşan xalçası” dır. Xalça nəbati naxışlar və heyvan təsvirləri ilə bəzədilib. Xalçanın kənarlarında iki əfsa­nəvi heyvanın – əjdaha ilə simurq quşunun mü­ba­rizəsi əks olunub. Şərq mifologiyasında bu səhnə xeyirlə şərin mübarizəsini təcəssüm etdirir.

"Şeyx Səfi ” Azərbaycan xalçası dünyanın ən gözəl və möhtəşəm xalçalarından biri sayılır. Uzun əsrlər boyu Ərdəbil şeyxlərinin sərdabəsinin bəzə­yi olan xalçanı I şah Təhmasib Şeyx Səfiəddin məqbərəsi üçün toxutdurub. Xalça "Ləçək-turunc” kompozisiyası əsasında toxunsa da, dövrünün digər belə kompozisiyalı xalçalarından mürəkkəb strukturu, mükəmməlliyi ilə çox fərqlənir.  

Məqbərənin tavanında və divarlarında olan rəsmlərin xalça üzərində əks olunması xalçanın məhz bu məqbərə üçün toxunduğunu sübut edir. Xalça 1893-cü ildə Viktoriya və Albert muzeyi üçün alınıb və bu gün də muzeyin ən qiymətli eksponatlarından biridir.  

19-cu əsrdə bu gün də dəyərinə görə dünyanın ən bahalı xalçası sayılan "Mirvari xalça” toxunub. Hind hökmdarı maharaca Baroda Kxande Raonun sifarişi ilə toxunan xalça Məhəmməd peyğəmbərin Mədinə şəhərindəki qəbrini bəzəyəcək hədiyyə kimi nəzərdə tutulub.

İpək xalça zümrüd, sapfir, brilyant daşlar və iki milyondan çox mirvari ilə bəzədilib. Qiymətli daş­larla bəzədilmiş bu bənzərsiz xalça 2010-cu ildə Qətərin paytaxtı Dohada keçirilən Sothby auksionunda hərraca çıxarılaraq 5485000 ABŞ dolları məbləğində dəyərləndirilərək satılıb. Təəssüflər olsun ki, xalçanın hazırkı sahibi və saxlandığı yer haqqında məlumatlar gizli saxlanılır.  

2001-ci ildə Türkmənistanda dövlət müs­təqilliyinin 10 illiyi münasibəti ilə "Altın əsr ” adlı xalça toxunub. 2003-cü ildə bu xalça dünyanın ən böyük əl işi xalçası kimi Ginnesin rekordlar kitabına daxil edilib. Xalça hazırda Aşqabadda Türkmən Xalçası Milli muzeyində nümayiş etdirilir.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol