• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Novruzov Azərbaycanda yeni filmə çəkilir

Cahangir Novruzov Azərbaycanda yeni filmə çəkilir
18.08.2015 21:49
Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəvətilə yenidən Bakıya gəlib. Görkəmli sənətkar "Azərbaycanfilm" də istehsal edilən "Köşk" bədii filmində əsas obrazlardan birini ifa etmək üçün sınaq çəkilişinə dəvət olunub.

Bu barədə "Report"a Cahangir Novruzov məlumat verib.

"Hazırda Bakıdayam. "Azərbaycanfilm" kinostudiyasının dəvətilə rejissor Mirsadıq Ağazadənin "Köşk" adlı filmində biznesmen Natiq obrazını ifa etmək üçün sınaq çəkilişinə dəvət olunmuşam. Filmin çəkilişləri Azərbaycan və Gürcüstanda aparılacaq". 

Cahangir Novruzov həm də Türkiyədə yeni filmə çəkilib. Bu barədə ilk xəbəri "Report"a deyən sənətkar çəkilişlərin başa çatdığını bildirib.

"Türk rejissoru Sadiq Dəmirözün "Bilgi adam" adlı filmində baş rolu ifa etmişəm. Filmin çəkilişləri artıq başa çatıb. Filmdə "Bilgi adam"ı, yəni "Müdrik adam"ı canlandırmışam. Filmin sonu dahi Hüseyn Cavidin "İblis" əsərində İblisin monoloqu ilə bitir. Bu monoloğun filmə salınması mənim təşəbbüsümlə olub". 

Qeyd edək ki, Cahangir Novruzov Türkiyədə növbəti yeni filmə çəkilmək üçün təklif alıb. Hazırda vətənində olan sənətkar "Azərbaycanfilm"də yeni filmdə çəkilməklə yanaşı, Milli Dram Teatrında hazırlanan "Qu quşunun nəğməsi" əsərində də baş rolu ifa edəcək. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol