• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artist Ənvər Həsənovun 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Əməkdar artist Ənvər Həsənovun 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
18.08.2015 22:39
C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında Azərbaycanın əməkdar artisti Ənvər Həsənovun 65 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

Kinostudiyadan APA-ya verilən  məlumata görə, Ə. Həsənov  50 ildir ki, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir, aktyor kimi filmlərə çəkilir, eyni zamanda ikinci rejissor kimi filmlərin istehsalı ilə məşğul olur:
 
"Aktyor və rejissor Ənvər Həsənovun milli kino tariximizdə layiqli yerini tutmuş Muradı ("Uşaqlığın son gecəsi”), Cəlalı ("Yeddi oğul istərəm”), Şahbaz bəyi ("Dərviş Parisi partladır”) bugünkü gənclərimizin simvollarıdır. Bu obrazlara ekran həyatı verən aktyora həmin qəhrəmanlar tamaşaçı sevgisi və alqışı bəxş edirlər. Ənvər müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, kinomuzun inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar diləyirik”.  
 
Qeyd edək ki, Ə. Həsənov 1950-ci ildə Bakıda anadan olub.  1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olub,  1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.
 
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol