• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Aralıq Musiqi Akademiyası Bakıda konsert verəcək

Avropa Aralıq Musiqi Akademiyası Bakıda konsert verəcək
19.08.2015 19:08
Avropa Aralıq Musiqi Akademiyası Bakıda xeyriyyə konserti verəcək və usdad dərsləri keçəcək. 

Bu barədə "Report"a Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru Əyyub Quliyev məlumat verib. 

O qeyd edib ki, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyi münasibətilə sentyabrın 18-dən 28-dək Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Yubiley çərçivəsində sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında konsert olacaq. Konsertdə Ə.Quliyevin rəhbərliyi ilə simfonik əsərlər ifa ediləcək. Onun sözlərinə görə, Avropa Aralıq Musiqi Akademiyası yubiley tədbirində iştirak etmək üçün Azərbaycana səfər edəcək. Səfər Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. 

Ə.Quliyevin sözlərinə görə, İtaliya, İspaniya və Suriyadan olan 3 musiqiçi Bakıya gələcək: "Onlar həmin akademiyanın üzvləridir. Hər üç solist Dövlət Filarmoniyanın səhnəsində Üzeyir bəyin və Azərbaycanın digər bəstəkarlarının klassik musiqi əsərlərini səsləndirəcəklər.". 

Avropa Aralıq Musiqi Akademiyası münaqişə zonalarda, müharibə gedən regionlarda yaşayan istedadlı musiqiçilərə təmənnasız olaraq ustad dərsləri keçir və onların musiqi fəaliyyətlərinə yaxından kömək edir. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol