• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Azər Rzayev ev şəraitində müalicə olunur

Xalq artisti Azər Rzayev ev şəraitində müalicə olunur
25.08.2015 11:54
Səhhətində problemlər yaranan bəstəkar, xalq artisti, əməkdar incəsənət xadimi Azər Rzayevin vəziyyəti qənaətbəxşdir.

Bu barədə "Report"a bəstəkarın qızı Ülviyyə Rzayeva məlumat verib. Onun sözlərinə görə, atası uzun zamandır ev şəraitində müalicə olunur: "Ümumi vəziyyəti normaldır".

İyulun 15-də "Şöhrət" ordenli xalq artistinin 85 yaşı tamam olub. Qızı bildirib ki, A.Rzayev uzun müddətdir yaşı və səhhəti ilə əlaqədar olaraq evdən çıxmır: "Özünü normal hiss edir. Anamın vəfatından sonra qulluğunda mən dayanıram. Daha qocalıb. Amma ürəyi yenə də, musiqi ilə döyünür. 85 illik yubileyi münasibətilə Bəstəkarlar İttifaqının rəhbərliyi atamı təbrik edib. Payızda atamın əsərlərindən ibarət konsertin keçirilməsini istəyirəm. Özü bu konsertə gələ bilməsə də, Azər Rzayev musiqiləri yenidən səslənər. Bu ona da xoş olar".

Xatırladaq ki, Azər Rzayev 1930-cu il iyulun 15-də Bakıda anadan olub. Görkəmli opera müğənnisi, Həqiqət Rzayevanın övladıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol