• $
  • €
  • ₽
  • ₺
  • £

"Cəfər Cabbarlı mükafatı"nın təqdimatı olacaq

"Cəfər Cabbarlı mükafatı"nın təqdimatı olacaq
28.08.2015 23:12
Təqdimat mərasiminin payızda keçirilməsi nəzərdə tutulub

Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım Birliyi bu ilin sonunadək Cəfər Cabbarlı mükafatının təqdimatını keçirəcək.

Bu barədə "Report"a C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı məlumat verib. Onun sözlərinə görə, mükafatlandırma mərasimi bu ilin sonunadək baş tutacaq. Q.Seyfəddinqızı qeyd edib ki, Bakıda və Xızıda "Cəfər Cabbarlı günləri" də keçiriləcək: "Mükafatların təqdimetmə mərasiminə hazırlıq işlərinə başlamışıq. Hər il olduğu kimi, bu il də Cəfər Cabbarlı mükafatları mədəniyyət, elm və təhsil sahəsində fərqlənən, tanınmış, istedadlı şəxslərə təqdim ediləcək. İlin sonunadək "Cabbarlı günləri"ni də keçirməyi düşünürük. Bakıda və Xızıda təşkil ediləcək tədbirdə ədibin ailə üzvləri, doğmaları, sevənləri, ədəbiyyat və sənət nümayəndələri iştirak edəcək".

Xatırladaq ki, "Cəfər Cabbarlı mükafatı" 2001-ci ildə dramaturqun Ev-Muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP şirkətinin sponsorluğu ilə təsis edilib. İndiyədək bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər.
C.Cabbarlı adına Mükafat Komissiyasının sədri, böyük ədibin qızı Gülarə Cabbarlıdır.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol