• $
  • €
  • ₽
  • ₺
  • £

Anarın "Seçilmiş əsərləri" macar dilində

Anarın "Seçilmiş əsərləri" macar dilində
02.09.2015 14:17
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Heydər Əliyev mükafatı laureatı Anarın "Seçilmiş əsərləri" Budapeştin "Harmattan" nəşriyyatında çap olunub.
 
Bu barədə "Report"a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Səfirliyin təşəbbüsü ilə çap olunan kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı, müasir Azərbaycan və dünya oxucusunun maraq və diqqətini çəkən əsərləri daxil edilib. Anarın povest və hekayələrini macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski kimi peşəkar tərcüməçilər çeviriblər. Ümumi redaktorluq işini isə tanınmış macar azərbaycanşünası, Budapeştin ELTE universitetinin müəllimi Mariya Keneşi yerinə yetirib.

Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına öz söz yazıb. "Əbədi dəyərlər sorağında" adlı bu öz sözdə Anarın yaradıcılığı timsalında ədəbiyyatın xalqın və cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs olunur. Azərbaycanın Macarıstandakı səfiri, tanınmış filoloq-alim Vilayət Quliyevin "Otuz il sonra, yaxud "köhnə" Anarla yeni görüş" adlı son sözündə isə ilk əsərləri macar dilinə hələ 30-35 il əvvəl çevrilən yazıçının aradan keçən illər ərzindəki yaradıcılıq yolundan, zəngin ictimai fəaliyyətindən, türk xalqlarının mədəniyyətinə verdiyi böyük töhfədən danışılır, onun əsərlərini macarlar üçün də yaxın, anlaşıqlı edən cəhətlərə toxunulur. Macar mətbuatının vaxtı ilə xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli, habelə Anar haqqında çap etdiyi materiallar əsasında hazırlanan "Anarın portreti cizgiləri" icmalı isə məşhur sənətkar ailəsini müasir macar oxucularına daha yaxşı tanıtmağa xidmət edir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol