• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə adambaşına 7.3 kitab nəşr olunur

Türkiyədə adambaşına 7.3 kitab nəşr olunur
10.09.2015 23:06
"Türkiyə nəşriyyat sənayesi böyüklüyünə görə dünyada 11-ci yerdə dayanır. İllik gəliri 2 milyard 281 milyondur."

İstanbul beynəlxalq kitab sərgisi

Doqquz gün davam edəcək 34-cü İstanbul Beynəlxalq Kitab Sərgisinə hazırlıqlar başlanıb. 7 noyabrda başlanacaq builki sərginin şüarı belədir: "Yumor: Həyata təbəssümlə baxmaq”.

Hər il 500 min qonağı olan sərgidə bu il karikaturaçı rəssamların əsərlərindən ibarət kitablara xüsusi vurğu salınacaq. Türkiyənin qocaman karikaturaçısı Tan Oral sərgidəki bir sıra tədbirləri aparacaq. Tan Oralın həyatını və karikatura əsərlərini əks etdirən bir kitab da təqdim olunacaq.

Kitab sərgisində Əziz Nesinin 100 illiyinə həsr olunmuş iki sərgi keçiriləcək.

Builki sərgidə 700 nəşriyyatın stendi olacaq. Keçən il sərgidə 5 yüz min kitab təqdim olunmuşdu, bu il bu rəqəmin daha daha artacağı deyilir.

Türkiyə Naşirlər Assosiasiyasının rəhbəri Metin Celal deyib ki, keçən il Türkiyədə nəşr olunmuş kitabların statistikasına görə, Türkiyədə adambaşına 7.3 kitab nəşr olunur.

UNESCO rəqəmlərinə görə, Türkiyə nəşriyyat sənayesi böyüklüyünə görə dünyada 11-ci yerdə dayanır. İllik gəliri 2 milyard 281 milyondur.

Bi il sərgidə qonaq ölkə Rumıniyadır. Rumıniyanı Matei Visniec, Dumitru Tepeneag, Mircea Dinescu, Dan Lungu, Octavian Soviany, Carmen Muşat, Daniel Cristea-Enache, Florin Bican, ümumilikdə 12 tanınmış rumın yazıçısı təmsil edəcək.

Rumıniya və Türkiyə arasında qarşılıqlı tərcümələr haqda müqavilələr imzalanacaq. Rumıniya kitab büroları rumın yazıçılarının kitablarının Türkiyədə təmsil olunması üçün danışıqlar aparacaq.

Rumıncadan ingiliscəyə tərcümə olunmuş iki yeni kitab təqdim olunacaq.

Bunlar Dan Lungu'nun "Komunist yaşlı qadınam!" (I am an Old Communist Woman!) və Florin Irimia'nın "Qaranlıq pəncərə " (Dark Windows) kitablarıdır.

Tələbələr, müəllimlər, yazıçılar, karikaturaçılar, təqaüdçülərdən giriş pulu alınmayacaq. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol