• $
  • €
  • ₽
  • ₺
  • £

Robert Musilin romanı Azərbaycan dilində

Robert Musilin romanı Azərbaycan dilində
11.09.2015 21:33

Alatoran Yayınlarından yeni kitab

"Yeniyetmə Torlessin sarsıntıları” (1906) avstriyalı yazıçı Robert Musilin(1880-1942) Avstriyanın geridə qalmış bir əyalətindən çıxmış cavan oğlanın həyatı haqqında amansız hekayətidir.

Torless oğlanlar üçün olan prestijli bir məktəbdə təhsil almağa başlayır, yeni şəraitə asanlıqla uyğunlaşır, hətta yerli fahişələrlə yataraq böyüklərə məxsus həzzi dadır.

Öz yeni azad həyatından zövq alır, intellektual mühit onu həvəsləndirir, yeni həyatını ailəsindəki ölçülü-biçili həyatdan üstün hesab edir.

Burada intellektual səviyyəsi yüksək olan iki oğlanla Raytinq və Bayneberqlə tanış olur, oğlanların fəlsəfə və riyaziyyat sahəsindəki bilgiləri, gənclərə xas olan idealist xarakterləri onu cəlb edir, üç nəfərlik bir klub yaradırlar və məktəbin çardağında gizlicə görüşməyə başlayırlar.

Başqa bir məktəbli, iradəsiz və xaraktersiz Bazini dostlardan borc pul alır, ancaq borcunu qaytara bilmir. Raytinq və Bayneberq Bazinini şantaj etməyə başlayırlar, bütün vasitələrlə onu aşağılamağa çalışırlar.

Hər biri öz ideologiyası baxımından Baziniyə əzab verir. Filosof Bayneberq ona mənəvi təzyiq göstərir, matematik Raytinq isə universal bəşəri nəzəriyyəni tətbiq edir. İşgəncələr təkcə psixoloji deyil, həm də fiziki, hətta seksual olur.

Bütün bu oyunlar Torlessi sarsıdır, kimin tərəfini tutacağına qərar verə bilmir, Bazinini müdafiə etsinmi, yoxsa taleyin ixtiyarına buraxsın? Öz dostlarını məktəbin rəhbərliyinə satarsa ortalığın daha da qarışacağından ehtiyat edir.

İxtisasca psixoloq və Ziqmund Freydin müasiri olan Musil bu əsərdə yüksək ustalıq nümayiş etdirir.

Bu kitabı yeniyetməlik yaşlarında mənəvi böhran yaşayan "sadə kənd uşağının” psixoloji dramı adlandırmaq olar. Düşünülməmiş fəlsəfənin və psevdo-elmin hansı faciələrə gətirəcəyi baxımından da əsər son dərəcə maraqlıdır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol