• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan teatrının yeni mövsümünün açılışı Gəncədə keçiriləcək

Azərbaycan teatrının yeni mövsümünün açılışı Gəncədə keçiriləcək
12.09.2015 12:30
Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabr ayının 14-də Gəncədə keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasim saat 10:00-da Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında başlanacaq. Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da yaxından iştirakı ilə təşkil olunacaq təntənəli mərasimdə rəsmi şəxslər, tanınmış incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərləri qatılacaqlar.

Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Gəncə Dövlət Dram Teatrının Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olacaq. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər aktyorlar ifa edirlər.

Xatırladaq ki, son illər yeni teatr mövsümünün açılış mərasimləri paytaxt Bakı ilə yanaşı, digər şəhərlərimizdə də keçirilir. 2011-ci ildə 139-cu teatr mövsümünün rəsmi açılışı Mingəçevirdə, 2014-cü ildə 142-ci mövsümün açılışı isə Şəkidə təşkil olunmuşdu.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol