• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm İbrahimbəyovun Bakıdakı teatrı bağlanıb

Rüstəm İbrahimbəyovun Bakıdakı teatrı bağlanıb
14.09.2015 19:56

Kinorejissor Rüstəm İbrahimbəyovun əsasını qoyduğu və İçərişəhərdəki şəxsi evində yerləşən "İbrus” teatrının fəaliyyəti onun ölkəni tərk etməsindən sonra dayanıb. Bir zaman elit təbəqənin çox sevdiyi və əsasən də rusdilli tamaşaçıların gəldiyi teatr bu gün fəaliyyət göstərmir.

Rüstəm İbrahimbəyovun iş prosesindən və "İbrus”un fəaliyyətindən xəbərdar olan mənbənin Modern.az-a verdiyi məlumata görə, teatrın Bakıdakı filialında məşqlər və tamaşalar olmur. Buna səbəb isə tanınmış kinorejissorun uzun müddətdir Bakıya gəlməməsidir. Amma Moskva filialı bu gün fəaliyyət göstərir və yerli rus aktyorlar orada çıxış edirlər.

Rüstəm İbrahimbəyov "İbrus” teatrını 2001-ci ildə yaradıb. Teatrın ilk tamaşa isə özünün müəllifi olduğu "Şirə oxşayan” olub. "İbrus” teatrı bir çox xarici ölkələrdə qastrollarda olub, bir çox nailiyyətlərə imza atıb. Teatrın 10 illik yubileyi isə 2011-ci ildə Rusiyanın paytaxtında təmtəraqla keçirilib. 
"İbrus” 2 dilli teatrdır. Konsepsiyasına müvafiq olaraq tamaşalar iki dildə - Azərbaycan və rus dillərində oynanılırdı. Buna görə də teatrda hər iki dili mükəmməlbilən peşəkar aktyor heyəti çalışıb. Hazırda həmin aktyorlar müxtəlif teatrlarda fəaliyyətlərini davam etdirir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol