• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda yeni teatr binaları inşa olunacaq"

"Azərbaycanda yeni teatr binaları inşa olunacaq"
14.09.2015 23:41
Nazir: "Bölgələrdə olan teatrların vəziyyəti qaneedicidir

"Azərbaycanın teatr tarixi bizim qürur yerimizdir. Ölkəmizdə teatra həmişə diqqət olub, bundan sonra da diqqət yetiriləcək". "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə Azərbaycan milli teatrının 143-cü mövsümünün açılış mərasimində deyib.

Nazir yeni teatr mövsümünün açılması münasibətilə bütün Azərbaycanın teatr ictimaiyyətini təbrik edib. O bildirib ki, Azərbaycanda yeni teatr binaları inşa olunacaq və teatrla bağlı məkanlar bərpa ediləcək: "Bölgələrdə olan nəinki dövlət, hətta xalq teatrlarının da fəaliyyət göstərdiyi binalar təmir olunur və bu iş gələcəkdə də davam etdiriləcək".

Ə.Qarayev deyib ki, Gəncədə dram dərnəkləri yaradılması gənclərin mədəniyyət sahəsinə cəlb olunmasına imkan verəcək: "Dram dərnəklərinə gənclərin axını gələcəkdə Azərbaycan teatrları üçün potensial aktyorların yetişməsi deməkdir. Xüsusilə məni sevindirən Gəncənin orta məktəblərində və musiqi təhsili verən məktəblərdə teatr sənətinə böyük marağın olmasıdır".

Nazir hesab edir ki, bölgələrdə olan Azərbaycan teatrlarının vəziyyəti qaneedicidir: "Təbii ki çatışmazlıqlar var, amma hər tamaşa bir axtarışdır". 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol