• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Akademik Milli Dram Teatrında baş verənlərə münasibət bildirdi

Nazir Akademik Milli Dram Teatrında baş verənlərə münasibət bildirdi
16.09.2015 17:07
 "Azərbaycan teatrı dövlət qayğısı ilə əhatə olunub. Yüzə yaxın teatr xadiminə fəxri ad, mükafat verilib.

 Teatr sahəsində islahatlar həyata keçirilir. Azərbaycan teatrı kiminsə xoşuna gəlib-gəlməsindən asılı olmayaraq, öz fəaliyyətini davam etdirəcək"

"Report"un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının həyata keçirilməsi ilə teatrın yeni inkişaf dövrünə qədəm qoyduğunu deyib. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan teatrı özünün əvvəl başladığı islahatları uğurla həyata keçirir: "Akademik Milli Dram Teatrının həyatında və fəaliyyətində islahatlar nəzərdə tutulmuşdu və islahatların davamı həyata keçirilir. Teatrın həyatında ötən beş il ərzində bir sıra islahatlar həyata keçirilib. Teatrın baş rejissoru olmadan Akademik Milli Dram Teatrında 17 rejissor tamaşa hazırlayıb. Bu dövr arxada qaldı. İslahatlar nəticəsində Akademik Milli Dram Teatrına yeni bədii rəhbər və baş rejissor - Azərbaycan Teatr Xadimləri İtiifaqının sədri, əməkdar incəsənət xadimi, xalq artisti, görkəmli teatr xadimi Azərpaşa Nemət mənim sərəncamımla bu vəzifəyə təyin edilib. Başlanılan işlər uğurla və ardıcıl olaraq davam etdiriləcək. Aydın məsələdir ki, bundan kiminsə xoşu gələcək, bir başqasının xoşu gəlməyəcək. Kimsə bunu asanlıqla qəbul edəcək, bir başqası qəbul etməyə çətinlik çəkəcək. Azərbaycan teatrı kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, öz fəaliyyətini davam etdirəcək".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol